Masallıda iki avtomobil toqquşub – Polis kapitanı ölüb

17.09.2019 - 13:19

985d809c560f85aMasallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza köhnə Ələt-Astara magistralının Masallı rayonunun Sərçuvar kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonu Girdəni kənd sakini, 1952-ci il təvəllüdlü Kamal Cəfər oğlu Fətullayevin idarə etdiyi “KamAZ” markalı 42 BL 695 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili, Bakı şəhəri Sabunçu rayon sakini, polis kapitanı, 1986-cı il təvəllüdlü Mehdi Böyükağa oğlu Əhmədovun idarə etdiyi “VAZ 2107″ markalı, 99 ME 637 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Toqquşma nəticəsində “VAZ 2107″nin sürücüsü ağır bədən xəsərətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=133171

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31