Hacıyevin bacanağı azadlığa buraxıldı – 100 milyon mənimsəməkdə ittiham olunurdu…

30.09.2019 - 18:03

1567677126.cccAzərbaycan Beynəlxalq Bankın (ABB) hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayət-zadə həbsdən azad edilib.

AzPolitika.info”ya daxil olan məlumata görə, “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən külli miqdarda kredit götürərək qaytarmamaqda günahlandırılan və mənimsəmədə təqsirləndirilən “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayət-zadə sentyabrın 27-də Nizami rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılb.

Qeyd edək ki, İsmayıl Hidayət-zadə 4 il əvvəl – 2015- ci ilin avqust ayının 24-də  Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb.

“İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru olmuş İ.Hidayət-zadə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda təqsirli bilinib. İ.Hidayət-zadə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

8 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Hidayət-zadə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Ancaq ötən il Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə İsmayıl Hidayət-zadənin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılaraq, onun cəzası 7 il-dən 5 ilə endirilib.

Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin başqa bir cinayət işi üzrə bu ayın əvvəli başa çatan məhkəmə prosesindən sonra isə İsmayıl Hidayət-zadə əvvəlki cəzası toplanmaqla 5 il 6 ay azadlıqdan məhrum edilib.

İsmayıl Hidayət-zadə ona kəsilən cəzanın 4 ilin çəkdiyindən, görünür üçdə iki ilə azadlğa buraxılb. Ancaq maraqlıdır, onun mənimsədiyi iddia olunan 100 milyon dolların qaytarılması təmin edilibmi?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133853

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930