“Vaqner”in 5 döyüşçüsünün başını kəsiblər

31.10.2019 - 17:29

vaqner«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbrə görə, Mozambik üsyançıları 5 rusiyalını güllələyib, sonra da başını kəsiblər.

«Dojd» kanalının məlumatına görə, bu barədə «Carta de Mocambique» adlı məqalədə söhbət açılır.

Nəşrin təsdiqlədiyinə görə, öldürülənlər «Vaqner qrupu»nun (Rusiyada özəl hərbi şirkətdir) üzvləri olublar. KİV-lər bu qrupu peterburqlu restorator Yevgeni Priqojinlə əlaqələndirirlər.

Muzdluların olduğu avtomobilə hücum ötən bazar günü Kabu-Delqadu əyalətində baş verib. Hücum nəticəsində rusiyalı muzdlulardan başqa daha 20 mozambikli hərbçi həlak olub.

«Novaya qazeta»nın yazdığına görə, bu ölkədəki Rusiya səfirliyi yazı ilə bağlı heç bir şərh verməyib.

Kremlin sözçüsü Peskov isə Mozambikdə «rus əsgərinin» olduğunu inkar edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=135617

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930