Bakıda taksi piyadaları vurub, ölən və yaralanan var

15.11.2019 - 10:20

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, taksi faəliyyəti ilə məşğul olan, 1990-cı il təvəllüdlü Orxan Məmmədov idarə etdiyi “Daevoo-Centra” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 1985-ci il təvəllüdlü Xəyyam Hümmətov və 1995-ci il təvəllüdlü Sahil Qaybalıyevi vurub.

Nəticədə X.Hümmətov aldığı xəsarətlərdən ölüb, S.Qaybalıyev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydasını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136519

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930