Bakıda koronavirusa görə əleyhqaz geyinirlər

29.02.2020 - 19:07

Ötən ilin dekabrında Çində peyda olmuş və dünyanın əksər ölkələrində, o cümlədən fevralın 28-dən Azərbaycanda da qeydə alınan ölümcül koronavirusdan qorunmaq üçün tibbi maskalara tələbat kəskin artıb. Paytaxtdakı apteklərdə tibbi maska tükənib, olanlar isə qiyməti 10 dəfəyədək artırıb.

Virtualaz.org xəbər verir ki, Bakıda tibbi maskanın tapılmadığı bir vaxtda koronavirusdan qorunmağın başqa yollarını tapıblar. Artıq şəhərdə əlehqazla gəzənlər var. Xüsusilə şəhərin mərkəzi küçələrində əlehqaz geyinənlərə rast gəlinir. Əlehqazlar apteklərdə deyil, daha çox tibbi marketlərdə, habelə internetdəki elan saytlarında satılır. Dünəndən isə elan saytlarında əlehqazın da qiymətində artım müşahidə edilir. Elan saytlarında son bi həftəyə qədər 8-10 manata təklif edilən əlehqazlar bu gündən 15 manatdan satılır.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143300

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930