Azərbaycanda 25 yaşlı oğlan anasını niyə öldürdü? – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

30.03.2020 - 12:34

Ötən gün Qusar rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Xurel kəndində anası, 49 yaşlı Əhmədova Mayisə Aydabəy qızını bıçaqlayaraq öldürən 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlunu yaxalamaq hələlik mümkün olmayıb. Hadisə şahidləri bildiriblər ki, Nail anasını öldürəndən sonra kəndin yaxınlığındakı meşəyə qaçıb. Hazırda onun tutulması istiqamətində iş aparılır.
Qətlin hansı səbəbdən baş verməsinə gəlincə, ilkin araşdırmalar zamanı N.Əhmədovun psixoloji problemlərinin olması məlum olub. Bir neçə ay əvvəl yaxınları onu müalicə olunması üçün psixiatrik xəstəxanaya yerləşdirməyə cəhd etsələr də, Nail müalicə olunmaqdan yayınıb. Ruhi-psixoloji problemləri olan gəncin anasını da təsir altında öldürdüyü ehtimal edilir.
Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, N.Əhmədovun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144587

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930