Yevlaxda qaraçılar polisi yaraladı, DİN açıqlama yaydı

21.05.2020 - 12:36

Daxili İşlər Nazirliyi Yevlax rayonunun “Qaraçı məhəllə”sində baş verən insidentlə bağlı daha bir açıqlama verib.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumatda qeyd olunub ki, ictimai asayişi pozan şəxslər tərəfindən daşla xəsarət yetirilən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı hələ də xəstəxanada müalicə alır. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi və giriş-çıxışa məhdudiyyət qoyulduğu Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib.

Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.(sfera.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147175

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930