Kürdə batan şəxsin meyiti tapıldı
Dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olmuşdu.
Virtualaz.org FHN-ə istinadən bildirir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu dərhal axtarışlara cəlb olunmuşdu.
1986-cı il təvəllüdlü Cəfərov Cəfər Sahib oğlunun axtarışları artıq başa çatıb. Onun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=152018