TÜRKİYƏ POLİSİ YENİ GÖRÜNTÜLƏRI YAYDI – Xəqan Zeynalov Lotu Qulini öldürmək üçün məqam gözləyirmiş… + VİDEO

30.08.2020 - 16:13

Türkiyə mətbuatı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qətlindən bir gün əvvəl Antalyada dostları ilə birlikdə yemək yediyi restoranlardan birinin nəzarət kameralarından video görüntülər yayımlayıb. Həmin gün kriminal bossun qatili 25 yaşlı Xəqan Zeynalov (Xan Əhmədlinski) da restoranda olub.

Kadrlarda Nadir Səlifovun bir qrup şəxslə restorandan çıxaraq avtomobilinə mindiyi əks olunub. Daha sonra Xəqan Zeynalov restorandan çıxıb başqa maşına oturub gedir. Bir gün əvvəl isə Xəqan Zeynalov da həmin restoranda olub. Təhlükəsizlik kameralarında onun maşın saxlanma yerində gəzərək telefonla danışması qeydə alınıb.

Xatırladaq ki, azərbaycanlı “qanuni oğru” Nadir Səlifov avqustun 20-nə keçən gecə Antalyada yerləşən otellərdən birində başından güllə ilə vurularaq öldürülüb. Nadir Səlifovun qatili, Xan Əhmədlinski ləqəbli ilə tanınan kriminal avtoritet Xəqan Zeynalovdur.

Qətldən əvvəl Xan Əhmədlinski oteldə Lotu Qulinin arxasınca getdiyini əks etdirən video çəkərək görüntünü sosial şəbəkələrdə yayıb. Bu kadrları qatil qətli törətməzdən təxminən 30 dəqiqə əvvəl çəkib. Bütün bunlar qatilin diqqətlə və uzun müddət cinayətə hazırlaşdığını göstərir.

Qətli törətmiş Xəqan Zeynalov çöldə avtomobildə onu gözləyən 25 yaşlı Əmir Həmidlinin köməkliyi ilə qaçmağa müvəffəq olub. Cinayətkarlar Antalya-Dənizli avtomobil yolunda tutulub. Polis əməkdaşları onları ciddi təhlükəsizlik tədbirləri altında məhkəməyə aparıblar.

Xan Əhmədlinski ilkin ifadəsində Nadir Səlifovu sevmədiyi üçün öldürdüyünü deyib.

“Mən onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyümüşük. Onun cangüdənliyini etmişəm, illər boyu dözmüşəm. Ondan xoşum gəlməyə-gəlməyə bu işi görürdüm. Buna görə də öldürdüm”,- saxlanılan şəxs bildirib.

Lotu Qulinin Xəqan Zeynalova çox güvəndiyi və onu 10 yaşından tanıdığı bildirilir.

Xəqan Zeynalov hazırda qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur, Həmid Əmirli isə onun ortağı kimi saxlanılır.(azpolitika.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153150

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031