Çingiz Abdullayevin Pen-Klubu cərimələndi Hadisə

05.04.2021 - 10:05

 

Çingiz Abdullayevin Pen-Klubu cərimələndi

 

Xalq yazıçısı Çingiz Abdullayevin Pen-Klubu cərimələnib.

İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol Səbail Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Pen-Kluba məxsus avtomobilin törətdiyi inzibati xəta elektron cihazlar vasitəsilə qeydə alınıb. DYP avtomobili idarə edən sürücüyə inzibati protokol tərtib edilməsi üçün şəxsin kimliyi ilə bağlı təşkilata sorğu göndərib.

“Pen-Klub” sorğuya qanunvericilikdə nəzərdə tutulmuş müddətdə (5 gün ərzində) cavab vermədiyinə görə, təşkilat barədə ptorokol tərtib edilib. Bu inzibati xətaya görə, 300 manat cərimə nəzərdə tutulub.

“Beynəlxalq Pen Təşkilatı – Azərbaycan Pen-Klubu” 1994-cü ildə qeydiyyatdan keçərək fəaliyyətə başlayıb və qurumun prezidenti Xalq yazıçısı Çingiz Abdullayevdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161980

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930