Qonşusunu bıçaqlayan qadın SAXLANILDI

16.12.2021 - 14:26

Xaçmazda qonşusunu bıçaqlayan qadın saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Xaçmaz rayonunun Xudat şəhər sakini Mərziyyə Qədiyeva mübahisə zəminində qonşusu Rasim Səmədovu bıçaqlayıb.

 

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, M.Qədiyeva əvvəlcə qonşusu Zibeydə Həmrayevanın ona qarşı nalayiq ifadələr işlətməsinə görə onunla mübahisə edib. Daha sonra isə sonuncunun onunla belə rəftarından hiddətlənən M.Qədiyeva evdən mətbəx bıçağını götürüb Zibeydə Həmrayevanın əri Rasim Səmədovun işlədiyi yerə gedib və hadisəni törədib.

 

Faktla bağlı araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168779

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930