Bakıda ard-arda iki yanğın-litsey və ev yandı
Bakıda bu gecə iki yanğın hadisəsi qeydə alınıb. Bakının Yasamal rayonunda dördmərtəbəli lisey binasının 3-ci mərtəbəsində sinif otağının yanar konstruksiyaları 3 kv.m sahədə, tavanı 1 kv.m sahədə və 4-cü mərtəbədə yerləşən sinif otağının döşəməsi 1 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Koroğlu Rəhimov küçəsində yerləşən “Xanım əllər” kafesində 1 otaq yanıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər yanğının yayılmasının qarşısını alıblar. Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.Qeyd edək ki, Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsində “Xanım əllər” kafesində yanğın baş vermişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=25588