Bakıda inanılmaz bank fırıldağı

22.06.2015 - 13:22

264704_461412Azərbaycanda daha bir bankda külli miqdarda maliyyə fırıldağı üzə çıxıb.
“Parabank”ın “Nəsimi” filialında qeydiyyata salınmayan, dövlətdən gizlədilən 40 milyona yaxın vəsaitin dövriyyəyə buraxıldığı aşkarlanıb. Məlum olub ki, filial rəhbərliyi dostu, “Kia Motors Az” MMC-nin rəhbəri Səxavət Səfərovun qeyd olunan məbləğdə vəsaitini heç bir sənədləşdirmə aparmadan bankın xəzinəsində saxlayıb və bunu vergi uçotundan gizlədilib.
Bundan əlavə bank və şirkət rəhbərliyi həmin pulların qanunsuz dövriyyəsi ilə məşğul olub və bu yolla çirkli pullar leqallaşdırılıb. Bu işlərə nəzarət etmək üçün “Kia Motors Az” MMC-nin rəhbəri etibarlı adamını – Fərhad Cəfər oğlu Abbasovu “Parabank” ASC-nin “Nəsimi” filialına göndərib, hətta ona xidməti otaq da ayrılıb ki, “Kia Motors Az” MMC-nin çirkli pullarını bank daxilində tənzimləsin. Məlumatlarda bildirilir ki, “Parabank” ASC-də dəfələrlə audit yoxlamaları aparılsa da, bankın xəzinəsinin bunkerində böyük qutulara yığılmış “Kia Motors Az” MMC-nin gizlətdiyi pul baratlarını aşkar etsələr də, bu barədə heç bir tədbir görülməyib, sənədləşdirmə aparılmayıb, audit yoxlamalarının nəticələri barədə rəylərdə qeyd edilməyib, Mərkəzi Banka məlumat verilməyib. Bundan başqa çirkli pulların filialın xəzinəsinin bunkerində qanunsuz şəkildə saxlanılması, onların dövlətdən gizlədilməsi, həmin pulların leqallaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi məlumat verilməyib.
Lakin devalivasiyadan sonra banklarda aparılan sistemli yoxlamalar zamanı “Parabank”ın illərdir apardığı qanunsuz əməlləri ifşa olunub və bununla bağlı Bakı Şəhər Prokurorluğunda 120046164 №-li cinayət işi açılıb.
İstintaq zamanı məlum olub ki, “Kia Motors Az” MMC-nin bankda saxladığı vəsaitin 680 min manatı 2012-ci ildə yoxa çıxıb. Bu faktın üstü açılandan sonra isə, şirkətin bankdakı etibarlı nümayəndəsi Abbasov Fərhad Cəfər oğlu müəmmalı şəkildə intihar edib. Rəsmi sənədlərdə onun özü-özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə öldürməsi qeyd olunur. Amma bir adamın özünə 8 dəfə ağır bıçaq zərbəsi yetirə bilməsinin qeyri-mümkün hal olması nədənsə istintaqda nəzərə alınmayıb.
Hazırda istintaq davam edir. Şübhəli şəxs qismində hələlik, 2012-ci ilə kimi bankın sözügedən filialında xəzinədar işləmiş Kazımov Ülvi Elçin oğlu saxlanılıb.

QEYD: Məsələ ilə bağlı qarşı tərəf də öz mövqeyini bildirib. Elektron poçtumuza daxil olan həmin mövqeni olduğu kimi diqqətinizə çatdırırıq:

“Kia Motors Az” MMC qeyd edir ki, “Kia Motors Az” MMC-nin “Parabank” ASC-nin “Nəsimi” filialında uzun illərdir ki, bank hesabı vardır. Hesab üzrə müqaviləyə əsasən pul vəsaitinin yığılması, saxlanması və dövriyyəsi qanuni əsaslarla təmin edilir.

Məqalədə istinad edilən cinayət işi üzrə istintaq məhz “Kia Motors Az” MMC-nin təşəbbüsü ilə davam etdirilir. “Kia Motors Az” MMC bu işdə zərərçəkmiş qismində tanınmışdır. MMC-nin haqqında yazılmış məqalə qərəzli və böhtan xarakterlidir, təhrif olunmuş məlumatlara əsaslanır. Qeyd edilən cinayət işində törətdiyi cinayət əməlinə görə həbs olunan şəxs vardır. İstintaq davam etdiyinə görə, hər hansısa geniş məlumatların verilməsi məqsədəmüvafiq deyildir.

“Kütləvi informasiya vəsitələri haqqında” Qanuna əsaslanaraq, bu etirazın dərc edilməsini xahiş edirik”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=26911

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930