Erməni azərbaycanlını bıçaqla ürəyindən vurub öldürdü

16.07.2015 - 10:53

102558_res_01Yaltada erməni öz həmyerlisinə qarşı etdiyi oğurluğa görə onu qınayan azərbaycanlını qətlə yetirib.

Cinayət şəhərin mərkəzi küçələrindən birində yerləşən “Puşkinski” bazarında törədilib. Bu barədə APA-ya Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov bildirib.

Ürək nahiyəsinə endirilən bıçaq yarasından vəfat edən 1988-ci il təvəllüdlü Mehdiyev Rahil Əbdülrəhman oğlu Zərdab rayonunun Məmmədqasımlı kəndinin sakini olub.

Hadisə şahidlərinin sözlərinə görə, azərbaycanlı bazarda erməninin öz həmyerlisindən 0,5 kiloqram çiyələk oğurladığını görüb və onu oğurluğa görə məzəmmət etməyə başlayıb. “Bu səbəbdən onların arasında mübahisə baş verib. Mübahisəyə R.Mehdiyev müdaxilə edib. Ərazidən uzaqlaşan erməni az sonra hadisə yerinə bıçaqla silahlanmış üç həmyerlisi ilə dönüb. Onlardan biri dava zamanı bıçağı Rahilin ürəyinə sancıb. Ermənilər hadisə yerindən qaçarkən azərbaycanlının üzərindən qızıl boyunbağını və digər qiymətli əşyaları götürüblər”, deyə hadisə şahidləri bildiriblər. Rahil Mehdiyev aldığı bıçaq yarasından hadisə yerində keçinib. “Müstəntiqin arayışında qeyd olunub ki, Mehdiyev kəsilmiş-deşilmiş bıçaq yaralarından vəfat edib. Hazırda faktla bağlı CM-nin 105-ci maddəsi üzrə cinayət işi başlanıb. İş üzrə 15 il həbs cəzası nəzərdə tutulub”, deyə Rəhim Hümbətov bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28282

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031