Üç çeçen qız İŞİD-i doladı – VİDEO

30.07.2015 - 13:58

hicab4İŞİD terrorçuları Çeçenistandan olan 3 qızın dələduzluğunun qurbanına çevriliblər. Belə ki, qızlar saxta profil açaraq sosial şəbəkələr vasitəsi ilə İŞİD-çilərlə əlaqə yaradıblar. Suriyaya dəvət aldıqda isə məmnuniyyətlə qruplaşmaya üzv olmaq istədiklərini, lakin yol pullarının olmadığını deyiblər.

Buna inanan terrorçular onların elektron hesabına pul köçürürlər. Daha sonra isə hesablar bağlanır və nə puldan, nə qızlardan, nə də profildən əsər-əlamət qalmır. Necə deyərlər, it də gedir, ip də…

Əlbəttə, bu proses bir qədər vaxt aparır. İlk öncə, tanışlıq mərhələsində, qızlar üzüaçıq şəkillərini göndərir. Bəzən bu, başqalarının şəkli olur. Qarşı tərəfin etimadını qazandıqdan sonra isə “istifadə” etmək mərhələsinə keçilir.

FaktXəbər-in verdiyi məlumata görə, hazırda qızların üçü də Çeçenistanda istintaq altındadır. Maraqlısı budur ki, pul qoparmaq üçün hətta oğlanlar belə, saxta profil açır.

Short URL: http://www.cumhuriyyet.net/?p=29030

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728