Bakıda deputatın seyfindən 120 min dollar oğurlandı

02.02.2016 - 21:38

rrBakının Nərimanov rayonunda mənzildən böyük məbləğdə pul aparılıb. Paytaxt sakininin evində olan seyfin içərisindəki 120 min dollar oğurlanıb. Bu barədə virtualaz.org-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.
Polisdən onu da bildiriblər ki, oğurlanan pulun sahibi hazırda Milli Məclisdə təmsil olunan deputatlardan biridir. Lakin deputatın adı açıqlanmayıb.
Yeri gəlmişkən, polisə bu barədə ərizəni A.Əlizadə küçəsində yaşayan 1980-ci il təvəllüdlü Bakı sakini Elmir Mehdiyev yazıb. O, ərizəsində onu da qeyd edib ki, hadisə 25 dekabr-1 fevral rarixləri arasında baş verib və seyf sındırılmayıb, açarla açılıb.
Əməliyyat-istintaq qrupu hazırda Mehdiyevin qohumları və yaxınları ətrafında təhqiqat aparır. Ehtimal olunur ki, oğurluqda zərərçəkənə yaxın şəxslərdən kiminsə və ya kimlərinsə əli var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=52653

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031