Azərbaycanlı mağaza müdiri mübahisə edən müştərilərə atəş açıb

11.02.2016 - 01:08

silahSankt-Peterburqda mağaza müdiri müştərilərə atəş açıb. “Report” xəbər verir ki, sonradan məlum olub ki, meqapolisin Krasnoqvardeysk rayonunda yerləşən ərzaq dükanında alıcılar arasında münaqişə baş verib.
Hadisə yerinə gələn patrul polisi müəyyən edib ki, alıcılara mağazanın sahibi atəş açıb və asayiş keşikçilərini də o çağırıb. 44 yaşlı azərbaycanlı mağaza müştəriləri ilə münaqişəli vəziyyət zamanı “ACA” markalı travmatik tapançadan bir neçə dəfə atəş açmaq məcburiyyətində qaldığını bildirib.
Polis əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra rezin güllələr, toxunma papaq, şampan şüşəsi və üzərində qan izləri olan şüşə qırıqları götürüblər.
Ticarət məntəqəsində üç müşahidə kamerası müəyyən edilib. Hazırda onlardakı qeydlər nəzərdən keçirilir. Münaqişənin səbəbləri aydınlaşdırılır.
Polis məntəqəsinə zərərçəkənlərdən ərizə daxil olmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=53127

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930