Rusiyada daha bir terror aktının qarşısı alındı

06.05.2016 - 16:45

rsbRusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bu gün Krasnoyarskda ictimai nəqliyyatda terror aktının qarşısının alınmasına dair məlumat yayıb. Cinayəti beynəlxalq terrorizmlə əlaqəsi olan Mərkəzi Asiya vətəndaşları hazırlayıblar.

RİA Novosti bildirir ki, FTX-dən saxlanılan şəxslər haqqında məlumat verilmir.

Məlumata görə, xüsusi xidmət əməkdaşları şübhəli şəxslərdən “terrorçu fəaliyyət vasitələrini” müsadirə ediblər.

“Mayın 6-da Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Krasnoyarskda may bayramları dövründə ictimai nəqliyyatda terror aktına hazırlığın qarşısı alınıb. Beynəlxalq terrorizmlə əlaqəsi olan Mərkəzi Asiya ölkələrinin vətəndaşlarından ibarət qrup saxlanılıb”, – agentlik Xidmətin məlumatından sitat gətirib.

Virtualaz.org xatırladır ki, mayın 4-də Moskvada keçirilən əməliyyat zamanı 12 nəfərlik dəstə saxlanılmışdı. Bayram günləri terror aktları planlaşdıran həmin dəstədən çoxlu miqdarda silah-sursat, partlayıcılar götürülmüşdü.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=63460

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031