Gəncədə qohumunun evindən 80 min manat oğurlamış 21 yaşlı qız tutulub

21.05.2016 - 13:30

mehbusGəncədə qohumunun evindən oğurluq edən qız saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini Səmayə Məmmədova idarəyə müraciət edərək bildirib ki, Yeni Gəncə qəsəbəsində ona məxsus mənzildən 80 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən S.Məmmədovanın bacısı nəvəsi, Şəmkir rayon Mahmudlu kənd sakini, 1995-ci il təvəllüdlü Həcər Muradova saxlanılıb.

O, oğurluq etdiyini etiraf edib və oğurladığı qızıl zinət əşyalarını istintaqa təhvil verib.

H.Muradova anasının xəstə olduğunu və ona dərman almaq üçün oğurluq etdiyini bildirib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=64749

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031