Lənkəranda hamilə gəlindən tükürpədici CİNAYƏT

23.05.2016 - 20:26

rrLənkəranda bir neçə gün evlərindən oğurluq edilən hamilə gəlin itkin düşüb.

Qaynarinfo.az anspress-ə istinadən bildirir ki, 19 yaşlı Ülviyyə Ağayeva naməlum şəraitdə yoxa çıxıb. Qəribə hadisə də elə Lənkəranda baş verib.

Polisə gənc gəlinin itkin düşməsi barədə məlumat mayın 21-də daxil olub. Əsas narahatalığa səbəb isə itkin düşən qadının hamilə olması, ona qarşı may ayının 8-də quldurluq hadisəsinin törədilməsi və başlanan istintaqın yekunlaşmaması idi. Qadını tapmaq üçün bütün əməliyyat qrupu axtarışlara başlayıb və çox maraqlı məqamlar ortaya çıxıb.

Əməliyyat tədbirləri zamanı məlum olur ki, itkin qadın mayın 20-də Bakı-Astara qatarına bilet alaraq paytaxta gedib. İtkin sayıldığı müddətdə də dalbadal həyat yoldaşının, baldızının telefonlarına gizli nömrələrdən mesajlar göndərilib. Girov kimi saxlanılan hamilə qadına görə 80 min manat pul istənilib. Bildirilib ki, həmin pul ödənilməsə, “patron”un sifarişi ilə hamilə qadın öldürüləcək.

Mesajların izi ilə gedən Lənkəran polisi itkin gəlini Bakıda yaxalayıb və hadisələrin düyünü də buradan açılmağa başlayıb.

Sən demə, bütün Lənkəranı şoka salan hadisənin – hamilə qadına qarşı quldurluq törədilməsinin ssenari müəllifi və icraçısı əslən Beyləqan rayonundan olan 19 yaşlı Ülviyyə Ağayeva özü olub. Mayın 8-də hicablı hamilə qadına heç də dediyi kimi özünü “Azərsu” əməkdaşları kimi təqdim edən naməlum şəxslər hücum etməyiblər. Qadın evdəki qızıl-zinət əşyalarını yığışdırandan sonra özü özünə küt alətlə xəsarətlər yetirib, əl-qolunu və ayaqlarını da skoçla bağlayaraq cinayətin quldurlar tərəfindən törədilməsi effektini yaradıb. Ən pisi də budur ki, o, bətnindəki körpəsinə zərər vurub.

Xoşbəxtlikdən körpə tələf olmasa da gənc ananın bu oyunları nə səbəbə qurması hələ ki, bəlli deyil. İndi Lənkəranın hüquq mühafizə orqanları yoldaşının xalasına məxsus evdə kirayənişin kimi qalan Ülviyyə Ağayevanın bütün törətdiklərini – qızıl oğurluğunu, yoldaşından 80 min manat istəməsini, körpəsinə xəsarət yetirməsini, polisi aldatmasının səbəblərini araşdırır.

Artıq Lənkəran Rayon Prokurorluğunda CM-nin müvafiq maddələri ilə cinayət işi də başlanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=64867

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930