Şabran od içində: qəbirstanlıqda başlayan yanğın digər ərazilərə keçib – FOTOLAR

07.07.2016 - 17:39

yanqinŞabran ərazisində yerləşən Xaltan qəbirstanlığında yanğın başlayıb. “Report”un Şimal bürosu xəbər verir ki, yanğın Taxtalar kənd ərazisinin biçilmiş əkin sahəsində başlayıb və qəbirstanlığa keçib.

Yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şabran rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Arıtq qəbirstanlıqda başlayan yanğın genişlənməyə başlayıb. Əraziyə Şabran yanğından mühafizə xidmətinin 4, həmçinin Siyəzəndən və Qubadan yanğınsöndürən maşınlar cəlb olunublar.

Yanğın Şabranın Dağbilici kənd ərazisinə keçib. Ətraf əraziləri bürüyən yanğının söndürülməsinə kənd sakinləri də qoşulublar.

Hazırda yanğınsöndürənlər alovun yaxınlıqda yerləşən Şabran meşəsinə keçməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirirlər.

İlkin ehtimallara görə, Şabran ərazisində yerləşən Xaltan qəbirstanlığında başlayan yanğına səbəb həmin qəbirstanlığı ziyarət edənlərin əraziyə atdığı siqaret kötükləri olub. Qəbirstanlıqda 300-ə yaxın qəbir var, bir sıra qəbirlərə ziyan dəyib, bütün ağacların gövdəsi yanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=69239

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031