Sərxoş olub 4800 manatlıq qızıl oğurladı – FOTO

27.08.2016 - 02:07
img1922041Masazır qəsəbəsində fərdi evdən edilmiş oğurluğun üstü açılıb. 
 
Musavat.com xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş Elmira Əhmədova yaşadığı Masazır qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib. Evə baxış keçirən polis əməkdaşları oradan 4800 manat dəyərində qızıl-zinyət əşyaları və 500 manat dəyəri olan mobil telefonun oğurlandığını müəyyənləşdiriblər. Əməliyyatçıların keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Zahid Səfərov saxlanılıb. İdarədə dindirilən Zahid törətdiyi əməli etiraf edib. Onun sözlərinə görə, hadisə baş verən gün spirtli içki qəbul edib. Evə qayıdarkən isə oğurluğu törədib.
Zahid Səfərov mobil telefonu bir müddət özündə saxlayıb.
O, ki qaldı saxlanılan Zahidin mənzildən götürdüyü qızıllara, hazırda polis əməkdaşları dəyəri 4800 manat olan bəzək əşyalarının kimə satıldığını araşdırır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.



https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74341

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930