İdarə rəisi və müstəntiqi məhkəməyə məcburi gətiriləcək

30.09.2016 - 17:43

765aa2835379929974679ed7ae449f3cBakı Hərbi Məhkəməsində Hərbi Prokurorluğun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Vüqar Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Vəkil A. Məmmədov APA-ya açıqlamasında bildirib ki, iclasda şahid Kamran Əlləzov ifadə verərək istintaq zamanı verdiyi ifadəsini təsdiq edib.

Daha sonra hakim bildirib ki, Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Mehdi Hüseynzadə və prokurorluğun Mühüm İşlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov dəfələrlə iclasa şahid qismində çağırılmalarına baxmayaraq prosesə gəlməyiblər.

Ona görə də həmin şəxslərin barələrində məcburi gətirilmə haqqında qərar qəbul edilib.

Proses oktyabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, V. Məmmədli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun başçılığı ilə HDQ-nin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsi barəsində Respublika Hərbi Prokurorluğunda aparılmış cinayət işi üzrə istintaq qrupunun üzvü kimi fəaliyyət göstərmiş müstəntiq V. Məmmədlinin barəsində HDQ-nin yanacaq xidmətinin sabiq rəisi, hazırda həbsdə olan polkovnik-leytenant Kazım Əsgərovun müraciəti əsasında aparılmış xidməti yoxlamanın nəticələrinə görə o, 2015-ci ilin oktyabr ayında tutduğu vəzifədən kənarlaşdırılmaqla, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=77492

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031