13 saylı “zon”da baş verən – Gizli məqamlar

21.10.2016 - 10:57

penitisianar_xidmet_mualice_muesisesi_050413Ombudsman üzvləri cəzaçəkmə müəssisəsində oldular və rəsmi açıqlama yayıldı

Oktyabrın 9-da 13 saylı cəzaçəkmə müəssisəsində baş verən hadisələrlə bağlı gizli qalan məqamlar açılmağa başlayıb. Həbsxanaya xüsusi təyinatların yeridilməsi və məhbuslara qarşı fiziki zorakılığın tətbiqi barədə xəbərlər təsdiqini tapmasa da, “zon”da baş verənlərlə əlaqədar Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb. 
 
Cinayət işinin hansı məsələlərlə bağlı açılması barədə rəsmi məlumat yoxdur. Bu da bəzi müəmmaların yaranmasına səbəb olub. Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri oktyabrın cəzaçəkmə müəssisəsində olublar. Bununla bağlı rəsmi qurum saytında dərc etdiyi məlumatda bunları qeyd edib : “MPQ-nin həkim üzvünün də iştirak etdiyi araşdırma çərçivəsində konfidensial şəraitdə qəbul edilmiş məhkumlar 13 saylı CÇM-in yaşayış sahəsində məhkumlar arasında məişət zəmində baş vermiş münaqişə ilə bağlı cərimə təcridxanasına keçirildiklərini, müəssisə əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqə və zorakılığa məruz qalmadıqlarını, cərimə təcridxanasındakı saxlama şəraiti və rəftarla bağlı şikayətlərinin olmadığını, hər gün həkim müayinəsindən keçirildiklərini, o cümlədən müəssisəyə heç bir əlavə xüsusi dəstənin yeridilmədiyini, bu barədə yayılan məlumatların əsassız olduğunu bildirmiş, öz ifadələrini müvafiq aktlarda təsdiq etmişlər. Faktla əlaqədar prokurorluqda cinayət işinin başlanıldığı məlum olmuşdur”.
Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə “Yeni Müsavat”a açıqlamasında aparılan araşdırmalar və açılan cinayət işi ilə bağlı bunları deyib: “Cəzaçəkmə müəssisəsinə baş çəkərkən məlum oldu ki, prokurorluqda bununla bağlı cinayət işi başlanılıb. Həmin cinayət işi Qaradağ Rayon Prokurorluğu tərəfindən aparılır. Baş verən hadisə həbsxananın yaşayış sahəsində məhkumlar arasında baş vermiş münaqişə ilə bağlıdır. Hadisə ilə bağlı məlumat yayılıb ki, ora xüsusi təyinatlı qoşun növü yeridilib. Bu xəbərlər tam əsassızdır. Bunu müəssisə yox, orada olan məhkumların hər biri qeyd edir. Müəssisə əməkdaşları tərəfindən də heç bir təzyiqlər olmayıb”.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti günlər öncə 13 saylı cəzaçəkmə müəssisəsində baş verən hadisəni təkzib etmişdi. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, cəzaçəkmə müəssisəsində nə kütləvi dava olub, nə də ora xüsusi təyinatlılar yeridilib: “Prokurorluqda cinayət işinin  açıldığını Ombudsmanın xəbərindən oxudum. Bir neçə məhbus daxili intizam qaydalarını pozub. Prokurorluq cinayət işi başlayıbsa, daxili intizam qaydalarına görə deyil, Cinayət Məcəlləsinin 317-ci maddəsini özündə ehtiva edən hadisələrə görə ola bilsin ki, cinayət işi başlanılıb. Ombudsmanın açıqlaması ilə bizim hadisənin ilk günlərindən verdiyimiz açıqlamalar üst-üstə düşür”.
Xatırladaq ki, bir sıra mətbuat orqanları iki məhbusun nəzarətçilər tərəfindən döyülməsindən və bunun qalan məhbusların qiyamına səbəb olmasından sonra 13 saylı cəzaçəkmə müəssisəsinə xüsusi təyinatlı qüvvələrin gətirildiyi haqqında məlumat yaymışdı. Həmin mənbələr məhbuslar Emin Əlizadə və Elvin Mahmudovun şəraiti həddindən artıq ağır olan “Tubzon”a köçürüldüyünü qeyd ediblər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79746

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930