Həbsdə olan biznesmenin oğlu qardaşının maşında can verdi + FOTOLAR

02.12.2016 - 09:34

rrXəbər verdiyimiz kimi, Bakıda tanınmış iş adamı, hazırda həbsdə olan Nəriman Əliyevin gənc oğlu qəfildən dünyasını dəyişib. Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb. 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. A.Əliyev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İş adamı Nəriman Əliyevin qəfil dünyasını dəyişən oğlu Asim Əliyevlə bağlı Femida.az bəzi faktlar əldə edib. Belə ki, infarkt keçirən 20 yaşlı Asim Əliyev peşəkar idmançı olub. O universal döyüş üzrə dünya çempionatında iştirak edib. Həkimlərin dediyinə görə, o, infarkt keçirib. A.Əliyev “Qarabağ Broyler MMC”-nin və “Şəhriyar” şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur. Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqmış. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır.
Criminal.az xatırladır ki, N.Əliyev bir müddət əvvəl qanun silah gəzdirmə və narkotiklə həbs edilib. İş adamı bir müddət əvvəl vəkili vasitəsilə ona məxsus şadlıq sarayının yandırılmasının videosunu yaymışdı. İddia edirdi ki, şadlıq sarayı Bakı Şəhər Baş Polis İdarəsinin polkovnikinin sifarişi ilə yandırıldıb.
Həbsdə olan biznesmenin oğlu bu maşında can verdi - YENİ FAKTLAR + FOTOLAR

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83551

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930