Bakı metrosunda ŞOK CİNAYƏT – VİDEO

27.02.2017 - 01:23

Yanvarın 17-də Bakı şəhər sakini Şölə Yusifovanın metronun “Gənclik” stansiyasından “Koroğlu” stansiyasına gedən zaman içərisində pul və plastik bank kartları olan əl çantası oğurlanıb. Cumhuriyyet.az ARB TV-yə istinadən xəbər verir ki, dərhal Metropolitenin polis şöbəsinə məlumat verən zərərçəkənin şikayəti əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb.
Metro stansiyalara quraşdırılmış mühafizə kameralarının təsvirlərinə baxış keçirilərkən, həmin saatlarda ərazidə sıxlıq olması əməliyyatçıların işini bir qədər çətinləşdirib. Buna baxmayaraq, qatara qadının arxasınca minən sərnişinin növbəti stansiyada düşərək oranı tələsik tərk etməsi polis əməkdaşlarında şübhə yaradıb. Nəhayət, əməliyyatın sonunda şübhələr özünü doğruldub və məlum olub ki, əməli törədən əvvəllər də məhkum olunmuş 29 yaşlı Yadigar Rüstəmovdur. Hadisə ilə bağlı videogörüntüləri diqqətinizə çatdırırıq:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89185

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930