Azərbaycanda qanunsuz yaşayan 11 əcnəbi saxlanılıb – FOTO

08.07.2017 - 18:07

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zaman ölkə ərazisində qanunsuz yaşayan 9 nəfər Hindistan, 1 nəfər Banqladeş və 1 nəfər Nigeriya vətəndaşı saxlanılıb

DMX-dan Cumhuriyyet.net-ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Hindistan vətəndaşları Marimutu Sureş, Muruqesşan Jayanal, Muruqeşan Vignes, Manikandar Mativazhaqan, Elayaraja Radhakrişna, Vallyakalam Sebastian, Putenpuraparmbu Macid, Filip Rony, Kerian Suniş ölkəyə “ASAN Viza” sistemi vasitəsilə verilmiş elektron viza ilə gəliblər.

Qeyd edilən əcnəbilərin Şri-Lanka vətəndaşı Sahul Hamiduqe Sanurdin tərəfindən Azərbaycanda müvafiq yaşama icazələrinin alınması vədi ilə aldadılaraq gətirildiyi müəyyənləşib.

Bundan əlavə, adıçəkilən Hindistan vətəndaşlarının və Nigeriya vətəndaşı Akhabu Vilfrid Ehikioyanın qeydiyyatsız olaraq yaşadıqları “Sport Baku Hostel”in inzibatçısı Elnur Məmmədov tərəfindən onlara təhsil pərdəsi altında müvəqqəti yaşama icazələrinin alınmasına dair vədlər verildiyi və həmin şəxslərin qanunsuz olaraq ölkə ərazisində qalmalarına şərait yaradıldığı məlum olub.

“Sport Baku Hostel”də saxlanılmış Banqladeş vətəndaşı 1 avqust 1988-ci il təvəllüdlü MD Şava Buhiyanın əvvəllər ölkə ərazisindən kənara inzibati qaydada çıxarıldığı, bilərəkdən pasport məlumatlarını dəyişərək 10 avqust 1988-ci il təvəllüdlü Nur Mohammad kimi Azərbaycana yenidən daxil olduğu aşkarlanıb.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96107

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031