Ələt-Astara yolunda AĞIR QƏZA – VIDEO

18.07.2017 - 11:13

İyulun 13-də Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
Cumhuriyyet.net 
report-a istinadən xəbər verir ki, qəza zamanı xəsarət alaraq 1 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Qəhrəmanova Aqilə Canhəsən qızı həkimlərin səylərinə baxmayaraq iyulun 17-də Reanimasiya şöbəsində dünyasını dəyişib.
Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan “Kamaz” markalı qoşqulu yük maşınının sürücüsü sükan arxasında yuxulayaraq öndə gedən digər “Kamaz”a, ən sonda gələn “Mercedes” markalı mikroavtobus isə qoşqulu yük maşınına çırpılıb. Nəqliyyat vasitəsində sürücü ilə birgə ümumilikdə 9 nəfər olub. onlardan 3-ü hadisə yerində ölüb. Daha bir nəfər sonradan xəstəxanada keçinib.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96842

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031