Xilasetmə zamanı faciə – Nazirliyin 1 əməkdaşı ölüb, 4-ü xəsarət alıb – VİDEO

18.07.2017 - 21:16

 

Sumqayıtda kanalizasiya quyusuna düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı ölüb, 4 xilasedici isə zəhərlənib.

ARB 24 – ün Fövqəladə Hallar Nazirliyindən aldığı məlumata görə, saat 14:16-da Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında quruma məlumat daxil olub.

Xilasedicilər dərhal hadisə yerinə gedib. Quyuya düşmüş vətəndaşın meyiti çıxarılarkən FHN əməkdaşlarından biri həlak olub, 4-ü isə xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən əməkdaşı Ruslan Məmmədovun qazdan boğularaq dünyasını dəyişdiyi bildirilir. Hadisə yerində olan xüsusi müxbirimizin verdiyi məlumata görə, zəhərlənən şəxslər – Namiq Əhmədov, Natiq Məmmədov, Ayaz Əliyev və Zahid Bağırov müalicə üçün Bakıya göndərilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96890

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930