“Bu mənə yaraşan deyil” – Sumqayıtda 51 yaşlı gül oğrusu saxlanıldı – VİDEO

22.07.2017 - 13:56

Sumqayıtda güllərə qənim kəsilən şəxs ifşa olunub.

ARB TV xəbər verir ki, şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, Corat qəsəbəsi, ev 166-da yaşayan 51 yaşlı Sabir Sadiqov saxlanılıb.

Əvvəllər də məhkumluq həyatı yaşayan Sadiqov şəhərin estetik görünüşü üçün əkilən gülləri kökündən çıxararaq satırmış. O ilkin ifadəsində, hadisəni gecə saatlarında törətdiyini və əməlindən peşman olduğunu deyib.

Sabir Sadıqov – Saxlanılan şəxs: “Uşaq deyiləm 51 yaşım var. Bu mənə yaraşan bir şey deyil”.

Faktla bağlı Sumqayıt şəhər polis idarəsində özgənin əmlakını talama və ziyan vurma maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=97148

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930