Sankt-Peterburqda üç azərbaycanlı tutulub

08.09.2017 - 14:16

Sankt-Peterburqda oğurluq və soyğunçuluq törətməkdə təqsirləndirilən üç azərbaycanlı həbs edilib.
APA-nın “Fontanka”ya istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, 23, 24 və 26 yaşlarında olan təqsirləndirilənlər yuxu dərmanından istifadə edərək bir neçə şəxsi qarət ediblər.

Onlar bu ilin mart ayında maşınlarına əyləşən 30 yaşlı qadına tərkibinə yuxu dərmanı qatılmış içki içirdikdən sonra onun 170 min rublunu, iki həftə sonra isə eyni üsulla 33 yaşlı kişinin evindən 210 min rubl oğurlayıblar.

Polis əməkdaşları tərəfindən aparılan axtarış zamanı təqsirləndirilən şəxslərdən qeyd olunan tibbi məhsul, eləcə də mobil telefon və zərgərlik əşyaları götürülüb.

Araşdırmalar davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99305

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031