Avtandil Məmmədov: ”TMK-nın məhsulları Azərbaycan neft sektoru üçün uğurlu təkliflərdir”

07.08.2019 - 13:23

Rusiyanın dünyaca ünlü boru metallurgiya şirkəti TMK-nın Azərbaycanda nümayəndəsi  Avtandil Məmmədovla eksklüziv müsahibə

– Avtandil müəllim, təmsil etdiyiniz Boru Metallurgiya Şirkətinin (TMK) məhsulları dünya bazarındakı analoji məhsullardan nə ilə fərqlənir?

– TMK bu gün dünya neft sektoru üçün boru məhsulları hazırlayan 5 ən böyük  şirkətindən biridir. 2018-ci ildə şirkət bütünlükdə 3.989.000 ton boru istehsal edib, onlardan 2.743.000 tonu şovsuz borulardır. Bundan başqa, ümumi realizə həcmində OCTG (neft sektoru üçün boru məhsulları) sinfinə aid boru məhsilları 48 faiz, yəni 1.914.720 ton olub.

TMK bu gün  20-dən çox istehsalar sahəsiu və 38.000-dən çox işçisi olan bir qrumdurki, dünyada yüksək texnologiyalı boru sənayesini TMK-sız düşünmək mümkün deyil.

– Dünya sənayesində texnoloji yeniliklər sürətlə tətbiq olunur. TMK öz alıcılarına, o sıradan Azərbaycandakı tərəfdaşlarına hansı innovasiyaları təklif edir?

– Bu gün TMK ildə 45 mindən çox çeşitdə  4.000.000 ton boru məhsulları istehsal edir. Bizim Azərbaycandakı əsas tərəfdaşlarımız neft-qaz sənayesində servis, qazma, hasilat xidmətləri göstərən şirkətlərdir.

– Biz qazma və hasilat şirkətlərinə,   müxtəlif  kəmər və maşınqayırma boruları ilə yanaşı   nasos-kompressor və  qoruyucu borular,   o cmlədən    20 adda Premium sinifli birləmə əsasında nasos compressor və qorucucu borular   təklif edirik.   Bunlar neft-qaz sənayesinin xüsusən çətin hasilatlı yataqlarda  daha çox nəticə əldə edilməsinin,  ümümiyyətlə neft və qaz hasilatının  gələcəyini müəyyən edən innovasiyalardır.

1b0d3de1-59ce-4881-8abb-5b2664158698.jpg (29 KB)

– Azərbaycandan olan müştəriləriniz, özəlliklə Azərbaycanın Respublikası Dövlət Neft Şirkəti SOCAR bu innovasiyalara nə qədər maraq göstərir?

– Bu gün TMK-nin tərkibində olan  zavodların istehsalat tarixi 1739-cu ilə uzanır və bu zavodlar  Azərbaycana artıq 60 ildən çoxdur neft sektorunda istifadə olunan standart boru məhsulları satır.

Azərbaycanda lisenziyalı müqavilə üzrə yataqların işlənməsi qazma şirkətləri və  pay bölgüsü müqavilələri əsasında hasilatla məşğul olan digər şirkətlər  uzun illərdir bizdən borular, eləcə də Premium sinifli birləməli borular alırlar alırlar.

2018-ci ildə biz “Azneft” İstehsalat Birliyinə TMK-nin  Premium sinifli birləməsi olan “TMK UP PF”  adlı birləşməli Q125 möhkəmlik həddli polad  nasos-kompressor borularının satışın başlamışıq. 2019-cu il iyulun 3-də ‘’Azneft’’ İB-nin “28 May” Hasilat İdrarəsi dərin dəniz  özülündəki  13-cü blokunda 250 saylı quyuda  həmin boruların istifadəsinə başlayıb.   Bu, SOCAR-a  bilavasitə tərkibində olan  qurumlarda TMK-nın Premium sinifli birləşməli boruların  ilk istifadəsi idi.    Nəticə “Azneft” IB-nin gözləntilərini tam doğruldub – heç bir narazılıq yoxdur. Boru buraxılması əmaliyyatı heç bir texniki və texnoloji kənarlaşma olmadan başa çatıb,  quyu debit rejimində işləyir.

Premium sinifli birləmələrdən  harada istifadə olunur? Bu məhsul Azərbaycan Dövlət Neft Şirkəti, bütünlükdə Azərbaycan neft-qaz sektoru üçün hansı texniki problemlərin həllini  təmin edəcək?

– Borular üçün Premium sinifli birləmə  və ya PREMİUM CONNECTİON termini işlətdikdə biz həmin məhsulların özəlliklərinə görə neft-qaz sənayesi üçün hazırlanan API 5CT,  ГОСТ 632-80, ГОСТ 633-80 standartlarından daha üstün olduğunu nəzərdə tutur.  Yəni “Premial” birləşmə birləşmənin standatların tələblərinin daha da üstündə olduğuna işarət edir.    Premial birləşmələr  də daxil olmaqla TMK-nin boru məhsullarının istifadəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçün hər şeydən öncə  istehsalat xərclərinin azaldılması, bununla da təbii yanacağın kontrakt üzrə müəyən olunan satış qiymətinə əlavə dəyirin  dahada artırılmasını təmin edəcək.

eb2349d1-d269-4a8a-8949-0a68b90f8cff.jpg (27 KB)

– Bəllidir ki, borular bu və ya digər şəkildə neft quyularında 1857-ci ildən istifadə edilir. O zaman Pensilvaniyadan olan Edvin Dreyk  neft quyusu  qazaraq içərisinə pivə çəlləklərini  qoruyucu boru kimi  yerləşdirdi və  bununla quyunun divarının uçub tökülməsinin önünü almış oldu.  Bu çox bəsit yöntəm idi. Kənardan baxdıqda, TMK-nın məhsulları da sadə görünür…

– Məsələ göründüyü qədər sadə deyil. Dəqiq deyə bilərəm ki, qazma işlərinin dərinliyi 6000 metri keçəndən sonra artıq pivə çəlləkləri işə yaramaz. Edvin Dreykin quyusu 25 metr idi.     Bunun üçün PREMİUM CONNECTİON-lar gərəkdir. Yəni borular bir-birinə hər hansı  kipləşdirici, qaynaq işləri olmadan bağlanmalı,    axıcılıq həddinin 95-nin təşkil edən  daxili təzyiqdə, 30 metrdə  19,7° əyilmədə,  ox boyu güclərin  borunun materialının  axıcılıq həddinin 0-95-ə faizi intervalında  dəyişdiyi,   xarici mühitin temperaturunun  otaq temperaturundan 180 dərəcə istiliyə qədər dəyişdiyi bir sınaq şəraitində  bu birləşmələrin   germetikliyi sınaqdan keçməlidir. Bundan başqa, əgər söhbət nasos-kompressor borularından gedirsə, termodövriyyə sınaqları 15 dəqiqədən 60 dəqiqəyə olmaq şərtilə 50 dəfə,  təkrarlanmalıdır.  Qoruyucu borularda  borularda bu, sınaq 5 dəfə təkrarlanmaqla  keçirilməlidir. Əgər itki saatda 3,6см³-dən çox olarsa və artım tendensiyası müşahidə olunarsa germetiklik qənaətbəxş sayılmır. Yalnız bu sınaqdan keçmiş birləşdiriciləri istifadəyə yararlı saymaq olar. Premial birləşmələrin  əsas özəlliyi bundan ibarətdir.

– Dünyada daha 4 şirkət neft sənayesi üçün  geniş çeşidli  premiuim sinifli birləşməli   borular istehsal edir.   Söylədiniz ki, Azərbaycan neft sənayesinin məhz sizin təmsil etdiyiniz şirkətlə işbirliyi qurması ölkə iqtisadiyyatı üçün daha sərfəlidir.  Bu fikri necə əsaslandıra bilərsiniz?

c2262991-9802-492e-921a-b129d138dfdd.jpg (47 KB)

PREMİUM CONNECTİON boruları neft-qaz sahəsi avadanlıqlarının istehsalı sahəsində öz sözünü demiş digər şirkətlər də istehsal edir. Ancaq cəmi 4 şirkət Azərbaycanı ölkənin neft sektorunun bütün tələblərinə cavab verən boru ilə təmin edə bilər və bu dördlükdə TMK da var. Bizim məhsulların Azərbaycan üçün daha optimal olması məsələsinə gəlincə, bildirmək istəyirəm ki, texniki cəhətdən çətin qərarlar zamanı məntiqi seçim “arzu edilən” və “arzuolunmayan”  arasındakı balans əsasında verilir. Riyazi mənada isə bu, məchulla bərabərliklər arasında tənliklər sistemi kimidir. Əgər bu tənliklər sistemini quran  zaman vu tənliklərə döğru əmsallarla   texniki etibarlılıq, texnoloji əlverişlilik,   texniki köməyin  mümkünlüyü və asanlığı, digər avadanlıqlarla inteqrasiya, ən əsası da qazılan quyulardan çıxarılan məhsulun normalaşdırılmış qiyməti (quyunun  təmirlərarası periodda  fəaliyyət dönəmində hasilatının maya dəyəri) əsas arqument kimi götürülsə,  o zaman tənliyin həlli birmənalı olaraq TMK-nin premial borularıdır. Tənliyin həlli üçün başqa yol seçilsə, kompromisə gedilməlidir – ya, texniki-texnoloji göstəricilərdə  kompromisə gedərək riski göz önünə alacaqsınız, ya da sistemdən iqtisadi   bərabərliklər çıxarılmalı, yəni xərclərin hansı səviyyəyə qalxdığını və  nəzərə alınmamalıdır.  Bu gün  neft qaz sənayesinin heç bir subyekti için iqtisadi tərəfini gözardı edə bilməz.  Ona görə biz -deyirik: TMK-nin premial boruları optimal seçimdir,  qalanı texniki vərdiş və ya kompromisdir.

– Bir məqama da toxunmaq istəyirəm. Bütün hallarda Azərbaycan üçün TMK ilə işbirliyi idxal mənasına gəlir, statistika isə göstərir ki, bu,  mənfi ticarət balansıdır. Bu reallığı hansı formadasa dəyişmək mümkündür?

– Statistika yol üstündəki fənər kimidir – bəzən ona söykənmək olar, ancaq o hər tərəfi yetərincə aydınlatmır. Ona görə, statistikadan kənarda qalan məqamlara da diqqət etmək gərəkdir. BMT  Ticarət Komissiyasının hesablamalarına görə, 2018-ci ildə Rusiya ilə Azəraycan arasında 2.549.958.000 ABŞ dolları həcmində ticarət dövriyyəsi olub. Azərbaycandan Rusiyaya ixrac  edilən məhsulların həcmi 2018-ci ilin hesablamalarında 665.741.000 ABŞ dollarıdır. I rübün hesablamarı göstərir ki, Rusiya ilə Azərbaycan arasında ticarət həcmi 13,08 faiz artıb. Nəzərdən qaçırmaq olmaz ki, Azərbaycandan Rusiyaya göndərilən məhsulların içərisində  HS kodu  27-ci qrupa daxil olan məhsulladır  0 faizdir, yəni bu  ixrac məhsulları içərisində  mineral yanacaq, neft, neft məhsulları yoxdur. Bu isə o deməkdir ki, söhbət Azərbaycan iqtisadiyyatının diversifikasiyasından,  yəni şaxələnməsindən, onun  kardohidrogen təbii sərvətlərindən  asılılığının azaldılmasından, sənayenin və məşğulluğun yüksəlişindən gedirsə, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi məhz buna xidmət edir. Azərbaycanın ticarət dövriyyəsinə görə ilk onluğunda olan istənilən ölkəyə Azərbaycandan ixracın  90-95  faizini  HS kodu 27 qrupda olan  məhsullar – karbohidrogen əsaslı xammallar təşkil edir. Rusiya istisna olmaqla!   Yəni xarici faktorlardan heç biri Azərbaycan iqtisadiyyatının  şaxələnməsinə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi qədər  xidmət etmir.

Bunun üzərinə Rusiyadan  idxal edilən  neft və qaz sənayesi təyinatlı  avadanlıqların  və materiallarının, o cümlədən TMK-nın istehsalı olam  məhsulların,   digər  inkşaf etmiş ölkələrdən idxal edilən eyni sinifli məhsullarla müqayisədə,   nisbətən aşağı qiymətinin  Azərbaycan neft-qaz sektorunda yaradığı   əlavə dəyəri də gəlsək,   o zaman mənfəətin iki, hətta üç qat olduğunu görə bilərik.   Bu səbəbdən mən Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsini Azərbaycan itqisadiyyatının müsbət   mənada şəkilləndirdiyini   söyləməyə çəkinmirəm.

– Təmsil etdiyiniz şirkətin son dönəmlə əldə etdiyi, ancaq hələlik Azərbaycanda işlədilməyən   texniki yeniliklər  haqqında nə deyə bilərsiniz? Sizcə, həmin yeniliklər Azərbaycan neft-qaz sənayesi üçün hansı perspektivlər aça bilər?

– Sözsüz ki, yeniliklər var.  TMK  2018-ci ildə UP KATRAN HD adlı birləşməni  2018-ci ildə gəmiqayırma, dəniz və sualtı texnikaların layihələndirilməsi sahəsində dünyanın aparıcı tədqiqat mərkəzlərindən olan Krılov Dövlət Elmi Mərkəzində sınaqdan çıxarıb.

TMK-nın UP KATRAN HD adlı sürətli quraşdırılma özəlliyi olan   qoruyucu boru birləşməsi  508-914 mm diametrli konduktor borularının yığılması üçün nəzərdə tutulub.   Problemlərin bu cür texniki həllini dünyada 3-4 şirkət təklif edə bilir. TMK-nın məhsullarının özəlliyi həm də ondadır ki, onlar daha  universaldırlar, ən sərt şəraitlərdə, dənizin ən dərin  noqtələrində, dalğaların yaratdığı ən güclü  perpedikulyar təzyiqlər  altında istifadə edilə bilir. Düşünürəm ki, bu məhsulla tanışlıq azərbaycan iqtisadiyatının  mühərriki olan  Azərbaycanda neft-qaz sənayesinin  inkişafı üçün müsbət yenilik ola bilər. (Yeni Musavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131803

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930