Yeni rəhbər Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb

11.09.2019 - 11:12

042e4d6f-7316-4c40-be86-88256b997f59Avropa Komissiyasının rəhbəri seçilmiş Ursula fon der Lyayen “Şərq Tərəfdaşlığı” ölkələri ilə əlaqələri möhkəmləndirməyə dair çağırış edib.

“Report” “Hungary Today”ə istinadən xəbər verir ki, o, bu barədə genişlənmə üzrə gələcək avrokomissar, Macarıstandan olan namizəd Laslo Troksanyiyə yazdığı məktubda bildirib.

O, Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya sazişlərinin icrasını sürətləndirməyə çağırıb.

Ursula fon der Lyayen həmçinin Troksanyinin qarşısında “Şərq Tərəfdaşlığı”nın digər üç ölkəsi – Azərbaycan, Belarus və Ermənistan ilə də əlaqələri möhkəmlətmək tapşırığı qoyub, 2020-ci ilin ortalarına qədər uzunmüddətli siyasi hədəflərin yeni paketinin işlənib hazırlanmasının zəruriliyini qeyd edib.

Onun sözlərinə görə, tərəfdaşlığın məqsədləri Avropa İttifaqının imkanları və maraqlarına hörmət edilməklə proqram ölkələrinin siyasi və iqtisadi seçimini əks etdirməlidir.

Xatırladaq ki, Avropa Komissiyasının yeni tərkibi işinə 2019-cu ilin noyabrında başlayacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132824

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930