“Heç kim, heç yeri tərk etməyib” – Tovuzdakı deputat

15.07.2020 - 12:27

“Heç kimsə kəndləri tərk etməyib”.

Bunu hazırda Tovuzda olan Millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib.

Deputat insanarı dezinformasiyalara inanmamağa və onlarla mübarizəyə çağırıb.

”Dezinformasiyalara qarşı mübarizə aparmalıyıq. Tovuzda heç kim, heç yeri tərk etməyib. Heç kim öz evindən bir addım kənara gedəsi də deyil. Xalqımız ordumuza, dövlətimizə, Silahlı Qüvvələrimizə inanır, onların yanındadırlar.

Hamı başa düşür ki, burada məsələ ancaq Tovuz deyil. İşğalçı Ermənistanın, onlara dəstək verənlərin maraqlarının arxasında nəyin dayandığını hamı bilməlidir. Bu gün hamımızın birlik olması lazımdır. Dezinformasiyaların yayılmasına heç kim icazə verməməlidir. Dezinformasiya ilə təxribat törədən qüvvələrə ciddi cavab verilməlidir”.

Deputat bildirib ki, cəbhədə elə hərbçilərimiz var ki, 2 gündür ayaqqabısını belə çıxarmayıb. “Onlar düşmənə ən ağır cavabları veriblər. Ölüm qalım mübarizəsinə da hazırdırlar”.

azpolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149985

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930