Ayaz Mütəllibov vəfat etdi

28.03.2022 - 00:04

Keçmiş prezident Ayaz Mütəllibov vəfat edib.

Cumhuriyyet.az ASAN Radio-ya istinadən xəbər verir ki, Ayaz Mütəllibov 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir.

1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləmişdir. 1974-cü ildən “Bakelektroməişətmaş” istehsalat birliyinin baş direktoru olub. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib, 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub. 1982-ci ilin oktyabrında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifələrini tutub.

1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.

1991-ci ilin avqustunda Moskvada SSRİ prezidenti Mixail Qorbaçova qarşı baş verən Avqust qiyamını dəstəkləyən az sayda respublika rəhbərlərindən biri də Ayaz Mütəllibov idi. Lakin 2016-cı ildə verdiyi müsahibədə Mütəllibov bunu inkar edərək çevrilişi dəstəkləmədiyini deyib.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədib, azərbaycanlıları soyqırıma məruz qoydular. Bu faciədən sonra Milli Məclisdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olub və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edib.

Faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edib və onu mayın 14-də vəzifəsinə qaytarıb. Lakin müxalif cəbhədə duran “Xalq Cəbhəsi”nin təzyiqi altında Ayaz Mütəllibov yeniden istefası barədə sənədi imzalamalı olub.

Musavat.com bildirir ki, Ayaz Mütəllibov 1992-ci ilin may ayının 14-də qeyri-konstitusyon yolla hakimiyyətə qayıtmaq istəyib. O vaxt milli azadlıq hərəkatının aparıcı təşkilatı olan AXC buna imkan verməyib. Xalq Cəbhəsi rəhbərliyinin çağırışı və təşkilatçılığı ilə xalq meydana yığışıb və AXC-nin Səbayel rayonu ərazisində yerləşən mənzil-qərargahından Ali Sovet binasına onminlərlə insan yürüş edib. Bundan sonra A.Mütəllibov Rusiyaya qaçmağa məcbur olub. O, 1992-ci ilin mayından 2012-ci ilin iyul ayına kimi Moskvada məcburi mühacirət həyatı yaşayıb. Yalnız 2011-ci ilin avqustunda – 19 ildən sonra oğlu vəfat edərkən Bakıya gəlib övladının dəfnində və yas mərasimində iştirak edib. Sonrada yenidən Rusiya paytaxtına dönüb. Bundan 1 il sonra – 2012-ci ilin iyulunda A.Mütəllibov həmişəlik Azərbaycana qayıda bilib.

2012-ci ilin iyun ayında Azərbaycanda yeni qanun – sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutan konstitusiya qanunu qüvvəyə mindikdən sonra Ayaz Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə ermişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172213

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930