Müsavatın yürüşünə icazə verilmədi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə icazə verməyib.
Cumhuriyyet.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə partiya üzvləri sosial şəbəkədə məlumat paylaşıb. BŞİH partiyaya “Məhsul” stadionunda mitinq keçirməyi təklif edib.
Qurum qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=101826