Ağacan Abiyev “Şərəf” ordeni ilə təltif edildi

23.11.2017 - 17:36

Prezident İlham Əliyev Ağacan Abiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Cumhuriyyet.net xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağacan Qulam oğlu Abiyev “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah, noyabrın 24-də A.Abiyevin 80 yaşı tamam olur.

Xatırladaq ki, A.Abiyev Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, Milli Məclisin İntizam Komissiyasının sədridir. Eyni zamanda, beynəlxalq dərəcəli hakimdir. O, uşaq vaxtlarından boksla məşğul olub. 1957-ci ildən “Neftçi” İdman Cəmiyyətində məşqçi işləməyə başlayıb. Deputat iştirak etdiyi yarışlarda 6 dəfə Azərbaycan çempionu adını qazanıb və SSRİ-nin fəxri idman ustası dərəcəsinə qədər yüksəlib. Ağacan Abiyev Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası İcraiyyə komitəsinin üzvüdür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=105335

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031