Region Liqasında iştirak edəcək komandaların sayı və adları bilindi

13.12.2017 - 13:33

Məlum olduğu kimi, sabah ilk dəfə keçiriləcək həvəskar statuslu Region Liqasının püşkatma mərasimi keçiriləcək.

Prosport.Az-a daxil olan məlumata görə, 24 komanda (+ final mərhələsində mübarizə aparacaq Naxçıvan Muxtar Respublikasının qalibi – red.) bu yarışda mübarizə aparacaq.

Artıq indidən komandalar zonalara uyğun olaraq A və B qruplarına bölünüb. Sadəcə olaraq sabahkı püşkatmada komandaların oyun təqvimi müəyyənləşdiriləcək. Beləliklə, 3 zona üzrə A və B qruplarlarının tərkibi belədir:

Bakı – Şimal zonası

A qrupu (Bakı zonası): “Tufan” (Bakı), “Şağan”, “Şıxlar” (Qobustan), “Ümid” (Bakı)

B qrupu (Şimal zonası): “Şahdağ” (Qusar), “Şahdağ” (Quba), “Səfliyalı” (Şabran), “Uğur” (Sumqayıt)

Mərkəz – Cənub zonası

A qrupu (Mərkəz zonası): “Gənclik” (Sabirabad), “Füzuli”, “Kürdəmir”, “Neftçala”

B qrupu (Cənub zonası): “Astara”, “Yardımlı”, “Cəlilabad”, Cənub Regional Futbol Federasiyası (Lənkəran)

Şimal-Qərb – Qərb zonası

A qrupu (Şimal-Qərb zonası): “Şəki”, “Kürmük” (Qax), “Oğuz”, “Şirvan” (Ağdaş)

B qrupu (Qərb zonası): “Göyəzən” (Qazax), “Şəmkir”, “Energetik” (Mingəçevir), “Gəncə”

Liqaya dekabrın 16-da start veriləcək. Həmin gün zonalarda A qrupunun oyunları keçiriləcək. Dekabrın 17-də isə B qrupunun oyunları baş tutacaq.

Qeyd edək ki, sabah Sumqayıtdakı püşkatmada (“Kapital Bank Arena”) AFFA-nın Region Liqa üçün yaratdığı İşçi Qrupundan Ağasəlim Mircavadovla Böyükağa Hacıyev, Sabirabaddakında (Gənclər Mərkəzinin akt zalı) Vaqif Sadıqovla Şakir Qəribov və Oğuzdakında (Təhsil Şöbəsinin akt zalı) İsgəndər Cavadovla Yusif Vəliyev iştirak edəcək. Hər 3 püşkatma mərasimi saat 12:00-da başlayacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107215

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930