İsmayıllıda “Mən Azərbaycan vətəndaşıyam” mövzusunda təbliğat-təşviqat kompaniyası keçirilib

31.05.2018 - 20:03

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi may-iyun aylarında Bakı-İsmayıllı marşrutu üzrə “Mən Azərbaycan vətəndaşıyam” devizi altında təbliğat-təşviqat kompaniyası keçirməyə başlayıb. Kompaniya çərçivəsində 31 may 2018-ci il tarixdə Gənclər və İdman Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə İsmayıllıda “Multikultural dəyərlər və gənclik”  mövzusunda mühazirələr dinlənilib, konsert proqramı təşkil edilib. Rayon Gənclər Mərkəzinin iclas zalında keçirilən tədbirdə RİH başçısının müavini, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Gənclər Təşkilatları Milli Şurasının proqram meneceri Samir Mehralıyev, RGİİ-nin rəisi Taleh Salehov və 400 nəfərə yaxın gənc iştirak edib.

Tədbiri giriş sözü ilə RGİİ-nin rəisi Taleh Salehov açaraq qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb, keçirilən tədbirin məzmun və xarakteri barədə məlumat verib. Dövlətçiliyin, milli maraqların qorunmasının, azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinin gənclərdən aslı olduğunu diqqətə çatdırıb.

Dövlət Himni səsləndirilib.Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədov “Multikultural dəyərlər və gənclik” mövzusunda məruzə edib. Gənclər təşkilatları Milli Şurasının Proqram meneceri Samir Mehralıyev gənclərin milli ruhda  tərbiyəsi, Azərbaycanda multikulturalizmin həyat tərzinə çevrilməsi barədə çıxış edib.

Gənc müğənnilərdən Ruhəngiz Musayevanıın , Mətanət Kərimlinin, Ruslan Alışanlının, Elvin Novruzovun, Nuranə Əsgərxanlının, Sənan Musəvinin ifalarında səsləndirilən mahnılar- maraqlı konsert proqramı tədbirə xoş ovqat, böyük ruh yüksəkliyi gətirib. “Can Azərbaycan” mahnısının sədaları altında Dövlət Bayrağı səhnəyə gətirilib.

Cumhuriyyet.net

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119712

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930