Daha bir yol polisi postu köçürülüb

20.02.2020 - 16:59

Baş Dövlət Yol Polis İdarəsinin daha bir stasionar postu köçürülüb.

Bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, köçürülən post yeni tikilən Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun keçdiyi hissəyə düşdüyü üçün yeri dəyişdirilib: “Həmin post Samur-Dəvəçi kanalının yanında olan (SDK postu) stasionar postdur. Həmin post yolun çəkildiyi hissəyə düşdüyündən sökülərək yeni yolun kənarına köçürülüb. Hazırda post yeni yerində fəaliyyətini davam etdirir”.

Xatırladaq ki, bir müddət əvvəl Bakı-Ələt yolunda fəaliyyət göstərən Qaradağ stasionar postu Səngəçal qəsəbəsinə köçürülmüşdü. Həmçinin Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postu (Ekologiya postu) sökülərək yeni yolun kənarına köçürüləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142900

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930