“Lider”də maaş biabırçılığı – 4 aya 150 manat…

11.05.2020 - 21:02

“Lider” TV-nin bütün əməkdaşları işdən kənarlaşdırılıb. “BakuPost” xəbər verir ki, telekanal əməkdaşları kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Əməkdaşlar isə işlərini itirməkdən qorxduqları üçün tapşırığa əməl etmək məcburiyyətində qalıblar.
Əldə etdiyimiz məlumata görə, işçilərin 90 faizindən ərazilər alınıb. Kanalda texniki heyətin kiçik bir qismi saxlanılıb. Bütün layihələr dayandırılıb, efirin isə köhnə veriliş və filmlərlə doldurulacağı planlaşdırılır. Telekanal əməkdaşlarının sözlərinə görə, bu qəfil qərarın verilməsinə səbəb “Lider” TV-dəki maliyyə problemləridir. Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq, işçiləri işdən kənarlaşdırmağı uyğun bilib. Artıq 4 aydır kanalda tam maaş verilmir. İşçilərə mart ayında 100, apreldə isə cəmi 50 manat maaş verilib.
Məlumatda o da bildirilir ki, kanalın gələcəyi ilə bağlı iki seçim üzərində düşünülür. Birincisi, kanal rəhbərliyinin tamamilə dəyişdirilməsi. İkincisi, “Lider” TV-nin tam olaraq bağlanması. Buna səbəb kimi isə bu günə qədər kanalda aparılan bütün islahatların, layihələrin, kadr yenilənmələrinin uğursuz alınması göstərilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146431

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930