Şəmkirdəki toya görə icra nümayəndəsi işdən çıxarıldı

01.07.2020 - 14:58

Şəmkirdə kiçik toy məclisi keçirilməsinə cəhd edilən kəndin icra nümayəndəsi işdən azad edilib.

“Qafqazinfo”nun Rayon İcra Hakimiyyətinə istinadən məlumatına görə, başçının Xuluf kənd icra nümayəndəsi Həsənov Süleyman Mikayıl oğlu həmin hadisə ilə əlaqədar RİH başçısı yanında Operativ Qərargaha vaxtında məlumat vermədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun müvafiq əmri ilə işdən azad edilib, nümayəndəliyin müavini və mühasibinə isə xidməti töhmət verilib.

Xatırladaq ki, ötən gün evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edən kənd sakini Əkbər Qəribov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cəzalandırılıb.

Belə ki, ev sahibi məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, məclisdə iştirak edən qonaqlar isə hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat həddində cərimə ediliblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149066

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930