Yonca əkən, həbsə gedən məmurlar – Politoloq Cümşüd Nuriyevlə canlı gündəm…

10.02.2021 - 15:37

Sabiq məmurlarla haqq-hesab çəkilməsi, onların istintaqa cəlb olunması, korrupsiya əməllərinin faş edilməsi digərlərinin də “kürkünə birə salıb”.

Keçmiş əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun həbs edilməsi, sabiq nəqliyyat naziri Ziya Məmmədovun istintaqa cəlb olunduğu iddiaları, özünün “Rayonda arpa, yonca əkirəm” açıqlaması, habelə sabiq maliyyə naziri Fikrət Yusifovun keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun da eyni korrupsiya əməlləri ilə məşğul olduğunu söylməsi həm vəzifədə, həm eks-nazirləri vəlvələyə salıb.
Həmçinin bir çox icra başçıları, yüksək vəzifə sahibləri, Prezidentin “Şuşa məmurlar paytaxtı deyil” xəbərdarlığı, konkret adlar çəkməsi məmur korpusunda təşvişə səbəb olub.
Onları nə gözləyir, ötən il olduğu kimi 2021-də də rüşvət və korrupsiya ilə bağlı mübarizə necə olacaq, “qara maskalı” əməliyyatçılar yenə əhalini sevindirəcək həbslər həyata keçirəcəkmi?
Bu sualları “TV Musavat”ın canlı yayınında, “Həftə içi” proqramının qonağı olan politoloq Cümşüd Nuriyev şərh edir. Politoloq habelə, 10 noyabrda imzalanan üçtərəfli bəyanatın 3 ayının tamam olması, Qarabağda gedən proseslər, rus sülhməramlılarının fəaliyyəti, Ermənistanın tutduğu mövqe, Paşinyanla Aryutunyanın görüşündə “Qarabağda infrastruktur layihələrin icrasını” müzakirə etməsi, regionda gedən prosesləri dəyərləndirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161079

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031