“Azəriqaz” məlumat yaydı: “Qaz təchizatının fasiləsiz həyata keçirilməsi…”

18.02.2021 - 12:39

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları çalışırlar ki, heç yerdə qaz təchizatında dayandırma olmasın.

Bu barədə Musavat.com-a “Azəriqaz”dan verilən məlumatda deyilir.

Bildirilir ki, dünəndən etibarən ölkədə hava şəraiti kəskin şəkildə dəyişib: “Xüsusən də dağlıq rayonlarda şaxtalı hava müşahidə olunur. Bəzi qısamüddətli fasilələr isə bizdən asılı olmayan qəza hallarından irəli gələrək baş verib”.

Məlumatda deyilir ki, ümumilikdə, şəbəkəyə qəbul olunan qazın həcmində də artım var: “Təkcə fevral ayının 17-də əhali abonentləri üzrə 32 milyon kubmetrə yaxın qaz qəbulu olub. Ötən ilin eyni günü ilə müqayisədə artım 2,6 milyon kubmetrə bərabərdir. Deməli, təlabat var və bu da sonda sərfiyyatın artımı anlamına gəlir. Abonentlərimizi əvvəlcədən məlumatlandırmaq borcumuzdur”.

“Azəriqaz” abonentlər bir daha qaz təchizatında hər hansı problemlə üzləşdikləri halda, 104/185 saylı Çağrı Mərkəzinə, (+99477) 3 104 104 saylı “Whatsapp” nömrəsinə, Birliyin rəsmi “Facebook” səhifəsinə yazmağı xahiş edir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161515

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930