“Təkanlar günü-gündən artır” – Qurban Yetirmişlidən zəlzələ AÇIQLAMASI
2024-cü ilin ilk 3 ayında Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə alınıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Açıq qapı” günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar barədə də ictimaiyyətə məlumat verilib.
“Təkanlar günü-gündən artır. Lakin ölkədə hazırda seymsik aktivlik fon səviyyəsindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun”, – Q.Yetirmişli vurğulayıb.(Report)
Short URL: http://www.cumhuriyyet.net/?p=199587