Elxan Məmmədovun U-17 oyunu

27.04.2016 - 15:25

u175-21 may tarixlərində Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının startına sayılı günlər qalıb. Artıq iştirakçı ölkələrin Bakıya gələcəyi tarixlər də açıqlanıb.

Startına 8 gün qalmış yarışın təşkilatçılığı ilə bağlı bəzi problemlər, daha doğrusu yalnışlıqlar var ki, bu yazıda onlardan birinə diqqəti yönəldəcəyik. Belə ki, olimpiadalardan fərqli olaraq, adətən futbol yarışlarına təşkilatçı ölkənin bir neçə şəhəri ev sahibliyi edir. 1982-ci ildən keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatlarında da indiyədək analoji vəziyyət hökm sürüb. Məsələn, ötən il Bolqarıstanda keçirilən yarışın oyunlarına ölkənin 4 şəhəri ev sahibliyi edib. 2014-cü ildə Avropanın “cırtdan” ölkələrindən olan Maltada təşkil olunan turnirin oyunları isə 3 şəhərdə keçirilib. Özü də bu yarışda cəmi 8 komanda iştirak edib.

Amma ərazisi Maltadan 274 dəfə böyük olan Azərbaycana 16 komanda gələcək və bütün oyunlar yalnız Bakıda və paytaxtın 4 stadionunda (Olimpiya stadionu, Bakcell Arena, Dalğa Arena, Azərsun Arena) keçiriləcək. Bəs, niyə ancaq Bakı? Məgər Azərbaycanın bölgələrində Avropa çempionatının oyunlarını keçirmək üçün stadion və şərait yoxdu? Var, özü də kifayət qədər.

Avropa çempionatının oyunlarının təşkil olunması üçün ən yaxşı varitantlardan biri Qəbələ hesab oluna bilər. Azərbaycanın dilbər güşələrindən olan Qəbələdə həm hava limanı, həm normal stadion, həm də qonaqları və iştirakçıları qəbul etmək üçün yüksək səviyyəli otellər var. Təbiətinin gözəlliyi, şəhərin müasirliyi hər il çox sayda əcnəbi turisti Qəbələyə cəlb edir. Bəs, AFFA rəhbərliyi, yarışın yerli Təşkilat Komitəsinin rəhbəri Elxan Məmmədov bunu bilmirmi? Düzdü, Qəbələ şəhər stadionun azarkeş tutumu nisbətən azdır (4500 nəfər). Amma 17 yaşlı futbolçuların yarışı üçün bu kifayət qədər böyük rəqəm hesab olunur. Bəlkə, AFFA rəhbərliyi Bakıdakı oyunlarda 10 mindən artıq azarkeş gözləyir, bunu bilmirik…

İkinci variant Lənkəran ola bilərdi. Lənkəranda da həm yüksək səviyyəli, bütün standardlara cavab verən, 12 min azarkeş tutumu olan stadion, həm hava limanı, həm də şəhərdə kifayət qədər yüksək səviyyəli otellər fəaliyyət göstərir. Cənub bölgəsində futbola marağı da nəzərə alsaq, oyunların daha çox tamaşaçı cəlb edəcəyini deyə bilərik.

Təkcə bu iki varianla kifayətlənmək niyyətində deyilik. Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə də stadion var. Düzdü, arenanın hazırda vəziyyəti heç də ürəkaçan deyil. Amma Avropa çempionatına hazırlıq prosesi də 1-2 aydı başlamayıb. AFFA illərdi bu yarışa hazırlaşır. Bu müddətdə “Dalğa Arena”ya xərclənən pul qədərini sərf etməklə Gəncədəki 22 min azarkeş tutumlu stadionu dünya standardlarına cavab verən hala gətirmək olardı. Bu həm də Azərbaycanın ikinci ən böyük şəhərinin normal stadiona yiyələnməsi ilə nəticələnərdi.

Başqa bir variant: illərdir ermənilərin blokadada saxladığı Naxçıvanı da unutmaq olmaz. Ölkəmizdə beynəlxalq hava limanının fəaliyyət göstərdiyi şəhərlərdən biri olan Naxçıvanda 10 min azarkeş tutumu olan stadion var. Düzdü, Gəncədəki kimi Muxtar Respublikadakı arenanın da təmirə ehtiyacı var. Amma bu ehtiyacları aradan qaldırmaq o qədər də müşkil məsələ deyil. Hətta AFFA rəhbərliyi bu işi özü görməyə də bilərdi. İnanıram ki, belə bir niyyətləri olsaydı, Naxçıvan rəhbərliyi özü arenanı təmir etdirərdi. Avropa çempionatının bir neçə oyununu Naxçıvana salmaqla həm də Muxtar Respublikanın hazırkı vəziyyətinə bütün dünyanın diqqətini cəlb etmək olardı. Amma… Görünür hər şey bizim istəyimizlə olmur, gərək əlahəzrət Elxan Məmmədov cənabları da istəyə…

Neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra bütün dünyada maliyyə böhranı hökm sürür. Böhran təbii ki, Azərbaycandan da yan ötməyib. Qeyri-neft sektorunu inkişaf etdirməklə ölkə əhalisinin vəziyyətini yaxşılaşdırmağa, büdcə üçün əlavə gəlir mənbələri tapmağa çalışan Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biri də turizmin inkişafadı. Artıq bir müddətdi bu sahənin inkişafı üçün işlər görülür, fərmanlar, sərəncamlar imzalanır. Unutmaq olmaz ki, idman yarışları da turizmin inkişafı üçün əsas səbəblərdən biri hesab olunur. Dövlətlər böyük idman yarışlarının təşkilinə məhz ölkəyə turistlərin cəlb olunması məqsədi ilə razılıq verir.

Amma görünür Azərbaycanda, daha doğrusu AFFA-da fərqli düşünürlər. Hər halda yuxarıda sadaladığımız 4 bölgə (Qəbələ, Lənkəran, Gəncə və Naxçıvan) ölkəmizin aparıcı turizm bölgələrindən hesab olunur. Avropa çempionatının oyunlarından bəzilərini bu bölgələrdə təşkil etməklə turizimin inkişafına müəyyən mənada dəstək vermək, yerli əhalinin qazanc əldə etməsinə nail olmaq olardı. Amma həmişəki kimi hansı əmələ xidmət etdiyi bilinməyən Elxan Məmmədov və komandası yenə öz maraqlarını, öz ciblərini güdür…

Bəs nədi bütün oyunların Bakıda təşkil olunmasına səbəb? Bölgələrdəki otellərin ölkəmizdə təşkil olunacaq yarışları qəbul etməyi kimi və niyə narahat edir? Bəlkə Elxan Məmmədov Bakıdakı otellərdən burda yerləşdiriləcək qonaqlara görə də faiz almaq niyyətindədi? Hər halda, AFFA-nın baş katibi üçün belə yollara əl atmaq bu günə qədər problem olmayıb, yəqin ki, bundan sonra da problem olmaz…

Qaynarinfo.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62615

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930