Qərb bölgəsində güclü qasırğa başlayıb

23.05.2016 - 20:44

rr-174Daşkəsən rayonunun yarısı elektrik enerjisiz qalıb.

Daşkəsən və Şəmkir rayonlarında güclü qasırğa bir sıra fəsadlar yaradıb.

APA-nın verdiyi məlumata görə, təxminən saat 18.00 radələrindən etibarən Daşkəsən rayonunun mərkəzində güclü külək və yağışla müşahidə olunan qasırğa başlayıb.

Təbii fəlakət nəticəsində rayon mərkəzində olan ağaclardan bir neçəsi aşaraq elektirk naqillərini qırıb. Həmçinin ağac bir avtomobilin üzərinə düşərək maşını yararsız hala salıb. Güclü külək elektrik dirəklərinin bir neçəsini aşırıb.

Hazırda Daşkəsən rayonunun yarısı elektrik enerjisiz qalıb. Qasırğa bəzi yaşayış binalarının dam örtüyünü sıradan çıxarıb.

Rayon İcra Hakimiyyəti aparatından bildirilib ki, təbii fəlakətin vurduğu ziyan hələlik rayon mərkəzində müəyyən olunub. Qasırğanın ətraf kəndlərdə təsərrüfatlara ziyan vurduğu da istisna edilmir.

Şəmkir rayon ərazisində isə bir sıra tikililərin dam örtüyünü dağıdan külək Bakı-Qazax magistral yolunda iri gövdəli ağacları yolun hərəkət hissəsinə aşırıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.

Aidiyyatı qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbrilər görür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=64878

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930