Lahıcın bələdiyyə sədri qadağa qoydu: Burada şortik geyinmək olmaz – FOTOFAKT

24.08.2016 - 13:16
fotofaktİsmayıllı rayonun Lahıc qəsəbəsində maraqlı qadağa qoyulub.

AZXEBER.COM-un məlumatına görə, qəsəbənin girişində turistlərə xəbərdarlıq edilib.
Xəbərdarlığa görə, Lahıcda şortik geyinmək qadağa olunub.
Bu qadağanı qəsəbənin bələdiyyə sədri Rəfiqə İsmayılova və icra nümayəndəsi Fikrət Haqverdili qoyub. Qəsəbənin girişində yazılır: “Lahıc qəsəbəsinin adət-ənənələrinə riayət edin. Qəsəbə ərazisində milli ənənələrə uyğun olmayan paltarlarla (şortla) gəzmək qəti qadağandır.
Qeyd edək ki, Lahıc Azərbaycanda turistlərin ən çox getdiyi məkanlardan hesab olunur və orada belə bir qadağanın qoyulması maraq doğurur. Çünki isti yay günlərində rayonlara gedənlərin əksəriyyəti “şortik” geyinir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=73965

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930