Borc sahibindən həbsxana rəhbərliyinə ilginc müraciət

26.08.2016 - 15:55

senedDələduzluğun qurbanı olduğunu bildirən Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlu Masallı rayon Məhkəməsinin çıxardığı qərardadın iki ildir icra olunmamasından şikayətçidir.

Onun sözlərinə görə, Moskva Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb.

E.Ağayevin iddia ərizəsi əsasında Masallı rayon Məhkəməsi qərardad çıxardıb. Qərardada görə, Z.Məmmədov şikayətçiyə 3700 dollar vəsaiti ödəməlidir.

E.Ağayev qərardadın icrası üçün Masallı rayon İcra Şöbəsinə müraciət edib: “Şöbənin rəisi İsmayıl Abazəliyev mənə rəsmi cavab verib. Cavabda bildirilir ki, borclu Məmmədov Zaur Qalabəy oğlu Salyan rayonun 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Ona görə də, icra sənədi “İcra haqqında” qanunun 10 və 24-cü maddələrinə əsasən həmin cəzaçəkmə müəssisəsinə göndərilib”.

Şikayətçi bildirir ki, icra sənədinin icra olunması üçün 5 saylı Cəzaçəkmə Müəssisəsinə müraciət edib: “Burdan mənə bildirildi ki, borclu hazırda işləmədiyi üçün borcunu qaytarması qeyri-mümkündür. Mən media vasitəsi ilə Ədliyyə naziri Fikrət Məmmədova və Pentensiar Xidmətinə müraciət edirəm ki, borclunu müvafiq işlə təmin etsinlər. Məcburiyyət qarşısında son zamanlar mən də borc götürmüşə, Z.Məmmədov borcumu qaytarsın, mən də borcumu ödəyim”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74249

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930