Pirallahı adasını sahillə birləşdirən yeni körpü istifadəyə verildi

07.12.2016 - 12:23
korPirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsü sürücülərin ixtiyarına verilib.
“Azəravtoyol” ASC-dən virtualaz.org-a verilən məlumata görə, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü isə 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir (42×4 + 86 + 42×4 = 422 m).
Körpünün alt hissəsindən gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissənin açılması da yekunlaşmaq üzrədir. Bunun üçün körpünün alt hissəsinin və mövcud yolun qazılması işləri aparılır. Hazırda Qala-Pirallahı I texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun II texniki dərəcəyə uyğun yenidənqurulması işlərinə də start verilib. 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq. Qeyd edək ki, “Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması” layihəsi üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83901

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930